
Bu barədə “The New York Times” xəbər verir.
Bildirilir ki, Kreml suriyalı muzdlulara altı ay ərzində ayda 1 200 dollar, Suriyaya qayıtdıqda isə 3 000 dollar bonus təklif edib.
Nəşrin məlumatına görə, qruplaşmaya Suriya ordusunda rus zabitləri ilə sıx əməkdaşlıq edən diviziyadan azı 300 əsgər daxildir.
Muzdlular Suriya ordusunun “Pələng” kimi tanınan 25-ci diviziyasının nümayəndələridir.
Onların çoxu yolda ola bilər – Ukraynaya qarşı müharibədə maraqlı olan minlərlə adamın siyahısı tərtib edilib. Onlar əvvəlcə Suriya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılacaq, sonra isə Rusiya Federasiyasına təhvil veriləcəklər.