Türkiyə və İsrail prezidentləri ikitərəfli və regional məsələləri müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsxaq Hersoq arasında telefon danışığı olub.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsi yayıb. Bildirilib ki, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri, eləcə də regional məsələlər müzakirə olunub.
 
Prezident Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfəri ilə ikitərəfli əlaqələrdə əldə edilən sürəti davam etdirmək istədiklərini bildirib və xüsusilə enerji sahəsində qurulacaq sinerjinin qarşılıqlı maraq doğurduğunu dilə gətirib.
 
Son günlər İsrailin müxtəlif şəhərlərində baş verən dəhşətli terror aktlarını çox kəskin pislədiklərini bildirən Prezident Ərdoğan həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.
 
Prezident Ərdoğan İsrail və Fələstinin verdiyi düşünülmüş açıqlamaları gərginliyin azaldılması baxımından çox əhəmiyyətli hesab etdiyini bildirib.
 
Ramazan və Pasxa aylarının sülh və əmin-amanlıq içində keçməsini arzulayan Prezident Ərdoğan İsrail Prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib.
 
İsrail Prezidenti də öz növbəsində Ramazan bayramı münasibətilə Prezident Ərdoğana təbriklərini çatdırıb.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.