
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Ramazan ayı münasibətilə təbrik çıxışında bəyan edib.
Dövlət başçısı bildirib ki, cari il bütün aspektlər, o cümlədən ərzaq təhlükəsizliyi baxımından bəşəriyyət üçün ən çətin və ağır il olacaq. O, həmvətənlərini birliyə, çətin anlarda bir-birilərinə dayaq olmağa, təlaşa düşməməyə, qənaətcil və ayıq-sayıq olmağa çağırıb.
“Biz hər bir əlverişli yaz günündən istifadə edərək səpin kampaniyasını vaxtında başa çatdırmalı, bol məhsulun əsasını qoymalıyıq. Unutmayın ki, hər bir ailə iki illik ərzaq ehtiyatına malik olmalıdır”, - deyə Rəhmon vurğulayıb.