
Bu barədə siyasətçi Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində qeyd edib.
"Əgər amerikalılar bizdən ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyi istəsəydilər, biz bu təklifə açıq olardıq. Bu, Moskvanın çəkindiriciliyini əhəmiyyətli dərəcədə gücləndirərdi", - Kaçinski bildirib.
Polşa baş nazirinin müavini Amerika nüvə silahlarının Polşada yerləşdirilməsinin hələ müzakirə olunmadığını, lakin bunun tezliklə ola biləcəyini qeyd edib.
Kaçinski əlavə edib ki, təşəbbüs Vaşinqtondan gəlməlidir.(Publika.az)