Boris Conson: Bu faktlar Putinin hərbi cinayətkar olduğunu göstərdi
Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynaya dəstəyi artırmağa hazırıq.
 
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
 
"Rusiyanın İrpin və Buçada günahsız dinc sakinlərə hücumları Putin və ordusunun Ukraynada hərbi cinayətlər törətdiyinin daha bir sübutudur",- o bildirib.

Senzor.az xatırladır ki, Ukraynanın baş prokuroru İrina Venediktova Rusiya işğalından azad edilmiş Kiyev bölgələrindən 410 nəfər mülki şəxsin meyitinin çıxarıldığı barədə məlumat yayıb.
 
İ.Venediktova bildirib ki, Ukrayna prokurorları bazar günü ilk dəfə Buça, İrpin və Hostomel şəhərlərinə daxil ola biliblər və cinayətlərin miqyasını araşdırmaq üçün onlara daha çox vaxt lazımdır.
 
"Aprelin 1-dən 3-dək Kiyev vilayətinin ərazisindən həlak olan mülki şəxslərin 410 meyiti çıxarılıb. Onlardan 140-ı artıq prokurorlar və digər mütəxəssislər tərəfindən müayinə olunub", - deyə o qeyd edib.
 
Onu sa xatırladaq ki, Rusiya Kiyev ətrafındakı bəzi ərazilərdən geri çəkildikdən sonra paytaxtın 37 km şimal-qərbində yerləşən Buça şəhərinin meri 300 sakinin Rusiya qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Rusiya isə Buçada dinc sakinləri öldürməsi ilə bağlı iddiaları rədd edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.