
“RİA Novosti” bildirir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb. Bildirilib ki, o, yeni Baş nazir təyin olunanadək bu vəzifəni icra edəcək.
“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.