Almaniya 100 rusiyalı diplomatı ölkədən çıxarır
Almaniyanın hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarına işlədiyi ehtimal olunan rusiyalı diplomatları ölkədən çıxarmaq istəyir.
 
“Bild” qəzeti xəbər verir ki, müvafiq qərar bu həftə qəbul edilə bilər. Nəşrin məlumatına görə, Kansler Olaf Şolts məsələnin araşdırılması barədə göstəriş verib. Söhbət 100-ə yaxın rusiyalı diplomatdan gedir.
 
Bu cür bəyanatlar Rusiyanın Ukraynaya qarşı başladığı müharibə fonunda Belçika, Hollandiya və İrlandiyanın rus diplomatlarını ölkədən çıxarmaq barədə qərarından sonra səslənməyə başlayıb. Belə ki, ötən həftə Belçikadan 21, Hollandiyadan 17, İrlandiyadan 4 rusiyalı diplomatın çıxarılması qərara alınıb. Bundan öncə isə Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən Litva, Latviya, Estoniya, Bolqarıstan, Polşa, Slovakiya və Çexiya rusiyalı diplomatlardan ölkədən çıxmalarını tələb ediblər.
 
Senzor.az xatırladır ki, bir müddət öncə “Bild” Almaniyada Rusiya kəşfiyyatına işləyən 2 mindən çox şəxsin olduğunu yazmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.