Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin xəbər verib.
Qeyd edək ki, koronavirusun "omikron" ştamına yoluxan 75 yaşlı siyasətçi süni nəfəs aparatına qoşulmuşdu.
Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.
O, orta təhsili Astana şəhərində alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı", 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.
1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.
2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.
Amma gündəmə daha çox qalmaqallı çıxışları, şovinist atmacaları və təxribatçı təklifləri ilə gəlirdi. Yəqin yaddaşlarda elə o cür də qalacaq...