Zelenski: “Rusiya ilə vasitəçilik missiyasını Türkiyə lideri də həyata keçirəcək”
Hazırda Mariupoldan gəmilərlə yaralıların təxliyəsində Türkiyənin vasitəçilik rolu ilə bağlı danışıqlar davam edir.
 
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində deyib.
 
"Vasitəçilik missiyasını müəyyən liderlər həyata keçirəcək. Türkiyə lideri də onlardan biridir. Bu gün Mariupoldan yaralıların çıxarılmasından danışırıq. Bu əməliyyatın nəticəsi barədə danışmaq hələ tezdir. O açıqdır, burada Türkiyənin vasitəçilik rolu var, çünki biz bunu həmin ölkənin gəmilərində həyata keçirməyi planlaşdırırıq və buna görə də onlara ehtiyac var”, - deyə Zelenski bildirib.
 
O əlavə edib ki, Ukrayna Rusiya ilə danışıqları nə qədər istəsə də, istəməsə də, mümkün qədər çox insanların həyatını xilas etmək üçün gündəlik addımlar atılmalıdır: "Biz Rusiya Federasiyası ilə danışıqlar üçün kiçik də olsa imkanlar tapmalıyıq. Bunsuz müharibəni bitirmək çətindir. Baxmayaraq ki, Buçada gördüklərimizdən sonra danışıqlar aparmaq istəyi yoxdur".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.