ABŞ Senatı İkinci Dünya müharibəsindən bəri ilk dəfə Ukrayna üçün “lend-liz” qanun layihəsini təsdiqləyib.
RBK-nın məlumatına görə, bu, Kiyevə sürətləndirilmiş proqram çərçivəsində silah və texnika almağa imkan verəcək.
Sənəd bundan sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənməli və ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.
“Lend-liz” - II Dünya müharibəsi zamanı ABŞ hökuməti tərəfindən hazırlanmış proqramdır. Həmin vaxt ölkə qismən qarşılıqlı əsasda anti-Hitler koalisiyasındakı müttəfiqləri, o cümlədən SSRİ-ni silah və strateji materiallarla təmin edirdi. “Lend-liz” çərçivəsində ABŞ-dan yardım alan ölkələrə bir neçə ildən sonra hesablaşma imkanı verilirdi.