Ukrayna ordusu Sumı vilayətini tamamilə azad edib
AMMA MİNALANMIŞ ƏRAZİLƏR HƏLƏ TƏMİZLƏNMƏYİB
Ukraynanın Sumı vilayəti Rusiya qoşunlarından tamamilə azad edilib.

 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
 
“Vilayətin ərazisi azad edilib, ona görə də partlayış səsləri eşitsəniz bilin ki, bu, xilasedicilərin və texnikanın işidir. Rusiya hərbçilərindən qalan döyüş sursatlarını zərərsizləşdirirlər”, - deyə D.Jivitski bildirib.
 
Eyni zamanda Jiviski ukraynalılara xəbərdarlıq edib ki, ərazi hələ də təhlükəlidir. Çünki Rusiya hərbçiləri gedərkən bir çox yerləri minalayıblar və həmin ərazilər hələ təmizlənməyib.
 
O, meşə yollarından istifadə etməməyi məsləhət görüb. “Dağıdılmış texnikaya və ya işğalçıların dayanacaq kimi istifadə etdiyi yerlərə yaxınlaşmayın! Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma hələ təmizləmə vaxtı deyil. Əvvəlcə minalardan təmizlənilmə işləri aparılmalıdır”, - Jiviski əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.