ABŞ Prezidenti Co Bayden Rusiya hərbçilərinin Kramatorskdakı dəmiryol vağzalına raket zərbəsi endirməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bunu vəhşilik adlandırıb və “Tvitter” səhifəsində Ukraynaya təhlükəsizlik və silah-sursat sahəsində dəstəyi davam etdirəcəyini vəd edib.
"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın təxliyə olunmağa və təhlükəsiz yerə çatmağa çalışan mülki vətəndaşlara qarşı törətdiyi növbəti dəhşətli vəhşilikdir”, - deyə Bayden yazıb.
O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini və ölkəni qorumaq üçün silah tədarük edəcəyini vurğulayıb.
“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik. Biz rusların hərəkətlərini sənədləşdirib, onları məsuliyyətə cəlb edəcəyik”, - ABŞ Prezidenti əlavə edib.