Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniyaya aprelin 11-nə planlaşdırılmış səfəri təxirə salınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin qəfil pisləşməsidir. Belə ki, o, sabah Almaniyaya səfər edəcək və Frankfurtdakı özəl klinikaların birində tibbi müayinədən keçəcək.
İlkin məlumata görə, Kral disk yırtığından əziyyət çəkir və əməliyyat oluna bilər.
**13:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 11-də İordaniyaya səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Türkiyə liderinin İordaniya Kralı II Abdullah ilə görüşü planlaşdırılır.
Tərəflər başda ticarət və turizm olmaqla, bir çox sahədə əməkdaşlığın daha da artırılması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Görüşdə regional məsələlər də müzakirə olunacaq. Liderlər xüsusilə, İsrail və Fələstin arasındakı münaqişədən də danışacaqlar.