İmran Xanın partiyası parlamentdən çıxdı

Pakistanın keçmiş baş naziri İmran Xanın “Təhrik-e-İnsaf” partiyası planlaşdırılan yeni baş nazir seçkisinə az qalmış parlamentdən çəkilib.

 
Azvision.az bildirir ki, keçmiş xarici işlər naziri, "Təhrik-e-İnsaf"ın vitse-prezidenti və partiyanın baş nazirliyə namizədi Şah Mahmud Qureşi, "Biz hamımızın istefa verdiyimizi elan edirik" deyib.
 
Hərçənd Qureşinin adı səsvermə bülletenində qalacaq. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.
 
Xatırladaq ki, şənbə günü Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Bu qərarın lehinə 174 deputat səs verib.
 
İmran Xan ona qarşı etimadsızlıq səsverməsindən sonra verdiyi ilk açıqlamada xarici müdaxilələrə qarşı azadlıq mübarizəsinin başladığını elan edib. O, daha əvvəl demişdi ki, onun müstəqil xarici siyasəti bəzi “xarici gücləri”, xüsusən də ABŞ-ı qıcıqlandırıb və onlar müxalifəti maliyyələşdiriblər. Öz növbəsində ABŞ Dövlət Departamenti bildirib ki, Xanın onun hökumətini devirmək planının arxasında Vaşinqtonun dayanması ilə bağlı dedikləri yalandır.
 
Baş nazirin namizədliyi ilə bağlı səsvermə ərəfəsində İmran Xanın və onun "Təhrik-e-İnsaf" partiyasının on minlərlə tərəfdarı küçələrə çıxaraq ona dəstəklərini ifadə ediblər.
 
Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.