İranda koronavirusa yoluxma və ölün halları nisbətən azalsa da virusun yayılması davam edir.
Senzor.az İranın Səhiyyə Nazirliyinə istinadən bildirir ki, son 24 saat ərzində ölkə ərazisində 27 min 621 nəfər koronavirusa yoluxub, 561 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Qeyd olunur ki, bununla da yoluxanların ümumi sayı 5 milyon 83 min 133 nəfərə, ölənlərin ümumi sayı isə 109 min 549-a çatıb. Bununla yanaşı 4 milyon 302 min 11 nəfər müalicə alaraq sağalıb.
Hazırda ölkə üzrə xəstəxanalarda müalicə alan 7 min 795 xəstənin vəziyyəti ağır olaraq qalır.