Rusiya Prezidenti ilə Avstriya Kansleri arasında qapalı görüş
MƏTBUAT ÜÇÜN AÇIQLAMA VERİLMƏYİB
Rusiya Prezidenti Vladimir Putin və Avstriyanın Federal Kansleri Karl Nehammer arasında Moskvada görüş olub.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş saat yarım ərzində bağlı qapı arxasında keçirilib və başa çatandan sonra mətbuat üçün açıqlama verilməyib.
 
Karl Nehammer Ukraynada xüsusi əməliyyat başlanandan sonra Rusiya Prezidenti ilə şəxsən görüşən ilk Avropa lideridir. Avstriya Kansleri səfərdən əvvəl özünün “Tvitter” hesabında Rusiya Prezidenti ilə Ukraynada atəşkəs və humanitar dəhlizlər məsələlərini müzakirə edəcəyini yazmışdı.
 
Putinlə görüşdən dərhal sonra Kansler Ofisinin geniş yayılmış bəyanatına görə, Karl Nehammer Ukraynanın şərqində döyüşlərin gözlənilən intensivləşməsi ilə əlaqədar Moskvaya səfəri ilə üç əsas humanitar məqsədə nail olmaq istəyib: hərbi əməliyyatların dərhal dayandırılması, əhalinin yaralı və həssas qruplarının təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər humanitar təşkilatlar tərəfindən humanitar yardımın əldə edilməsi.
 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə yalnız bunu deyib: “Söhbət son standartlara görə qısa olub. Bu söhbətin məzmunu ilə bağlı hələ heç nə deyə bilmərəm”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.