Əfqanıstanda İrana etiraz aksiyaları
KONSULLUQ BİNASINDA YANĞIN TÖRƏDİLDİ
İranda əfqan vətəndaşlara qarşı pis rəftara etiraz edən aksiyaçılar Əfqanıstanın Herat şəhərində İran konsulluğunun binasının qapılarını yandırıblar.
 
Yerli KİV-in məlumatına görə, təhlükəsizlik xidmətlərinin əməkdaşları bir neçə nümayişçinin saxlanıdığı barədə məlumat yayıblar.
 
Məlumata görə, paytaxt Kabil və Host şəhərlərində də etiraz aksiyaları keçirilib.
 
“Tolo News” telekanalı bildirib ki, İranın Kabildəki səfirliyinin binası qarşısına gələn etirazçılar İranı əfqanların məcburi deportasiyasını, eləcə də həmin ölkədəki həmvətənlərinə qarşı zorakılığı dayandırmağa çağırıblar. Onlar sosial şəbəkələrdə İranda əfqanların zorakılığa məruz qalması ilə bağlı yayılan videogörüntülərdən narazılıqlarını bildiriblər.
 
Bununla belə, telekanal qeyd edib ki, İran səfirliyi bu videoları bir sıra şəxslərin Kabil və Tehran, eləcə də iki ölkə xalqları arasında münasibətləri pisləşdirmək cəhdi adlandırıb.(“Report”)
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.