Qırğızıstan və Tacikistan sərhəddən əlavə silahlı qüvvələrin çıxarılması barədə razılığa gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilir ki, Batken vilayətinin Leylek rayonunda Qırğızıstanın sərhəd xidmətinin Batken vilayəti üzrə idarəsinin rəisi, polkovnik Kıyalbek Tolonbayev ilə Tacikistanın sərhəd qoşunlarının Soqd vilayəti üzrə idarəsinin rəisi General-mayor Hikmətullo Pirakov arasında görüş keçirilir.
"Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı ilk qərarlardan biri qəbul edilib. Demək olar ki, dərhal tərəflər silahlı qüvvələri və hərbi vasitələri hadisə yerindən çıxarmağa başlayıblar", - məlumatda deyilir.
Xatırladaq ki, bu gün sərhəddə iki dəfə atışma baş verib. Nəticədə bir qırğız əsgər yaralanıb.