Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avstriya Kansleri Karl Nehammer arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilir ki, Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlər, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan sözügedən müharibədə insan fəlakətini sona çatdırmaq və atəşkəsə nail olmaq üçün hər fürsətin dəyərləndirilməsinin, sülh danışıqlarında irəliləmək üçün İstanbul prosesinin dəstəklənməsinin vacibliyini ifadə edib.
Sülhə nail olmaq üçün cəhdlərini davam etdirəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan müharibəni dərhal bitirmək məqsədilə Türkiyənin oynadığı rolda ehtiramla verdiyi dəyərə və İstanbul prosesini dəstəklədiyinə görə Avstriya Kanslerinə təşəkkür edib.
Xatırladaq ki, Avstriya Kansleri Karl Nehammer bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Görüşdən sonra Kansler bildirmişdi ki, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib: “Mən Ukraynadan təzə gəlmişdim və ölçüyəgəlməz əzabları öz gözlərimlə görmüşdüm. Amma... Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fəlakətdən xəbər verir”.
Kansler onu da qeyd etmişdi ki, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib...