
“EgyptToday” qəzeti xəbər verir ki, həmçinin ailə üzvlərinə qarşı çirkli pulların yuyulması və misirlilərə qarşı cinayətlər ittihamları ilə bağlı cinayət işinə xitam verilib.
İsveçrə baş prokurorunun qərarını şərh edən mərhum Prezidentin oğlu Aala Mübarək bildirib ki, banklarda açılmış hesablar tamamilə qanunauyğun olub və bu pul vəsaiti onunla qardaşı Camala məxsusdur. Onun sözlərinə görə, həmin kapitalın yerləşdirilməsi ilə bağlı Misirin uyğun maliyyə qurumlarına bəyannamə təqdim edilib.
Azvision.az xatırladır ki, Mübarək ailəsinin İsveçrədəki bank hesabları 2001-ci ildə baş vermiş dövlət çevrilişindən sonra dondurulub və həmin vaxtdan istintaq aparılıb. Ailə üzvləri onlara qarşı irəli sürülmüş ittihamlardan bəraət aldıqdan sonra - ötən il vəsaitin 180 milyon dollar məbləğində olan hissəsi Aala Mübarəkə qaytarılıb.