Hazırda Qara dənizin Ukrayna sahillərində 22 türk gəmisi və 90 dənizçi bloklanmış vəziyyətdə qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.
Onun sözlərinə görə, Türkiyəyə məxsus bu gəmilərin bir hissəsi türk bayrağı, bir hissəsi isə başqa ölkələrin bayraqları altında üzür.
Nazir deyib ki, əvvəlcə orada təxminən 200 türk dənizçisi qalmışdı və sonradan onların bir hissəsi təxliyə edilib. Doxsan dənizçi öz istəklərinə əsasən gəmilərdə qalıb.
Adil Karaismailoğlu qeyd edib ki, indiki vəziyyətdə Türkiyədən Rusiyaya dənizlə mal daşımaq çətinləşib. Buna görə də Ankara yükləri Gürcüstan üzərindən quru yolu ilə çatdırmağı aktivləşdirməyə çalışır.