
Senzor.az bildirir ki, bu barədə “The Times” məlumat yayıb.
Qeyd olunur ki, hərbi təlimatçılar Kiyev və ətraf ərazilərdə Ukrayna hərbçilərinə təlimlər keçirlər. Təlimlərdə əsasən “NLAW” tank əleyhinə raketdən istifadə qaydaları öyrədilir.
Qeyd edək ki, SAS hərbçiləri ölkəni Rusiya-Ukrayna müharibəsi başladıqdan bir neçə gün sonra tərk etmişdilər.
Onu da xatırladaq ki, ingilislərin SAS komandaları desant qüvvələri sahəsində dünyanın ən mahir döyüşçüləri sayılırlar. Bu komanda birlikləri İkinci Dünya Müharibəsi zamanı yaradılıb və bir sıra gizli əməliyyatları ilə faşist Almaniyasına ağır zərbələr vurublar. Müharibədəki uğurlarına görə, London bu qoşunları qorumaq və saylarını artırmaq qərarına gəlib.
Soyuq müharibə dövründə ingilis SAS komandaları bir sıra əməliyyatlara qatılıblar. Bunların sırasına Malaya təhlükəsi, İndoneziya-Malayziya münaqişəsi, Şimali İrlandiya konflikti, Folklend müharibəsi daxildir. SAS komandaları soyuq müharibədən sonra yaşanan İraq və Əfqanıstan müharibəsində də iştirak ediblər.
Əsasən xarici hərbi əməliyyatlara Böyük Britaniyanın öncü qüvvələri kimi qatılan SAS komandasının gizli hücumları ilə məşhur olan snayper dəstələri də var.