ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın bank sektoru ilə Rusiya əleyhinə sanksiyalar mövzusunda işlədiyini etiraf edib.
Bu barədə “Hraparak” qəzeti diplomatik nümayəndəlikdən alınan yazılı cavaba istinadən bildirib.
Qəzet bir qədər əvvəl səfirliyə sorğu göndərib və diplomatik missiyanın rəhbəri Lin Treysinin təxminən bir ay əvvəl Mərkəzi Bankın binasında Ermənistan banklarının rəhbərləri ilə görüş keçirib-keçirmədiyini öyrənməyə çalışıb. Eyni zamanda səfirin bank rəhbərləri qarşısında Rusiya vətəndaşlarına kömək etməklə “Qərb sanksiyalarından yan keçməyə çalışmayın” tələbini irəli sürüb-sürmədiyi barədə sual ABŞ səfirliyi qarşısında qaldırılıb.
Nəşr qeyd edib ki, səfirlik öz yazılı cavabında faktiki olaraq bu məlumatı təsdiqləyib.("RİA Novosti")