İsveçin paytaxtı Stokholmda müsəlmanlara qarşı təxribatlar olub.
TRT-nin məlumatına görə, ifrat sağçı siyasətçi Rasmus Paludan polisin müşayiəti ilə şəhər məscidi qarşısına gələrək İslama qarşı çıxış edib.
O, analoji nitqlərini müsəlmanların sıx yaşadığı şəhər məhəllələrində də davam etdirib.
Çıxışlarından birində Paludan əlindəki “Qurani-Kərim”i yerə atıb.
Onun sözləri və davranışları ətrafdakı insanların ciddi etirazına səbəb olub. Onlar heç bir müsəlman ölkəsində belə halların yaşanmadığını, bu cür təxribatçıların polis tərəfindən müdafiə olunmadığını bildiriblər.