İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.
Senzor.az xatırladır ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb.
Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. Hətta etirazçılardan biri avtomobili çevik qüvvələrin üzərinə sürüb. Sürücü həbs edilib və qəsdən adam öldürməyə cəhd maddəsi ilə mühakimə olunacaq.
Malmödə etirazçılar təkər və yol kənarında olan müxtəlif avtomobilləri və bir avtobusu yandırıblar.
Norşöpinq şəhərində bazar günü toqquşmalarda daş-qalaq olunan polis qüvvələri etirazçılara rezin güllələrlə atəş açıb. Hadisə nəticəsində azı üç nəfər aksiyaçının xəsarət aldığı deyilir, bir nəfər isə ayağından güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Üç gün davam edən iğtişaşlar nəticəsində, onlarla polis əməkdaşının xəsarət aldığı bildirilir, bir neçə aksiyaçı isə saxlanılıb.