Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinə müraciət ünvanlayıb.
Senzor.az bildirir ki, videomüraciəti Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.
“Məni hazırda Mariupolda olan və humanitar dəhlizlər yolu ilə təhlükəsiz çıxmaq imkanı olmayan müdafiə qüvvələri və sakinlərlə dəyişmənizi xahiş edirəm”, - siyasətçi bildirib.
Qeyd edək ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs olunub. Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko youtube vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb. O, uzun illərdir ki, Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. V.Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.
Məlumata görə, Rusiyanın Kiyevi işğal edəcəyi təqdirdə V.Medvedçuk oradakı gələcək marionet hakimiyyətin başçısı olmalı idi...
Bu arada iki əsir britaniyalı da Böyük Britaniyanın Baş naziri Boris Consona Rusiya telekanalı vasitəsilə müraciət edərək dəyişdirilmələrini istəyiblər.
“Cənab Boris Conson. Mənim adım Şon Pinnerdir. Bildiyim qədərilə, Viktor Medvedçuk saxlanılıb. Mən və Eyden Aslin istərdik ki, bizi Medvedçukla dəyişdirəsiniz. Bu məsələdə köməyinizə görə sizə minnətdar olarıq”, - əsir britaniyalılardan biri deyib.