
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda Şipka aşırımında (Kazanlıq rayonu), Troyan aşırımında (Plovdiv rayonu) və Respublika aşırımında (Veliko-Tırnovo rayonu) nəqliyyatın hərəkəti dayanıb. Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 1,2 metri keçib. Bir neçə turistin xəsarət aldığı bildirilir.
Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırırlar.