
Bu barədə "Haber Global" məlumat yayıb.
Tərəflər regional məsələləri və ikitərəfli əlaqələri müzakirə ediblər.
Ərdoğan ölkəsinin regionda sülh və əmin-amanlığın təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
**15:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
XİN başçısı İsrail təhlükəsizlik qüvvvələrinin “Əl-Əqsa” məscidində törətdikləri hadisələrə dair sualı cavablandırarkən deyib ki, prezidentlər bu kimi məsələləri müzakirə edəcək.
M.Çavuşoğlu dövlət başçılarının telefon danışığının keçiriləcəyi tarixlə bağlı heç nə deməyib.