“Taliban” qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra müvəqqəti olaraq bağlanan Həmid Kərzai Beynəlxalq Hava Limanı bu gün fəaliyyətini bərpa edib.
TASS bildirir ki, bu barədə Qətərin Kabildəki səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, artıq Kabildən 2 daxili aviareys (Məzari-Şərif və Qəndəhara) həyata keçirilib.
Əl Cəzirə telekanalı diplomatlara istinadən bildirib ki, qətərli texniklər qrupu hava limanında bütün lazımi işləri tamamlamaq üzrədirlər.
“Yaxın günlərdə Kabil hava limanı daha da çox uçuş qəbul edə biləcək”, - deyə məlumatda qeyd edilib.