Hindistan “BrahMos” qanadlı raketinin aviasiya versiyasını sınaqdan keçirdi
Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketinin aviasiya versiyasını uğurla sınaqdan keçirib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
“Ölkənin şərq sahillərində Su-30MKİ qırıcı təyyarəsindən atılan səsdən sürətli “BrahMos” qanadlı raketinin aviasiya versiyası Hərbi Dəniz Qüvvələrinin istismarı başa çatmış gəmisini yüksək dəqiqliklə məhv edib”, - deyə məlumatda bildirilir.
 
Qeyd olunur ki, Hindistan “BrahMos” qanadlı raketinin aviasiya versiyasını hazırlamaq üçün çalışmalara 2016-cı ildə başlayıb. Ölkənin Müdafiə Nazirliyi 40-dan çox Su-30MKİ döyüş təyyarəsini həmin raketlərlə təchiz etməyi planlaşdırır.
 
Rusiyanın “Maşinostroeniya” və Hindistanın müdafiə tədqiqatları təşkilatı tərəfindən hazırlanan səsdən sürətli “BrahMos” qanadlı raketləri “Aerospace” müştərək müəssisəsi tərəfindən istehsal olunur. Uzaq məsafədən quru və dəniz hədəflərini dəqiq vurmaq üçün nəzərdə tutulan raketin ilk sınaqları 2001-ci ildə baş tutub. Hazırda onun müxtəlif versiyaları Hindistanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının silahlanmasına qəbul edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.