Lavrov HƏMAS lideri ilə danışdı
YERUSƏLİMDƏKİ GƏRGİNLİYİ MÜZAKİRƏ ETDİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Fələstin HƏMAS hərəkatı Siyasi Bürosunun sədri İsmayıl Xaniyə arasında telefon danışığı olub.
 
APA-nın verdiyi məlumata görə, Fələstin tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında yaranan vəziyyət müzakirə edilib, Yerusəlimdə “Əl-Əqsa” məscidi kompleksi ətrafında gərginliyin davam etməsi təhlükəsi vurğulanıb. Eyni zamanda, müqəddəs yerlərdə status-kvonunun pozulmasının yolverilməzliyi, vəziyyətin daha da pisləşməsinin və lokal toqquşmaların genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinin qarşısının alınmasının zəruriliyi qeyd edilib.
 
Sergey Lavrov təsdiqləyib ki, Rusiya tərəfi Fələstin-İsrail danışıqlar prosesinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda qurulması maraqları naminə fəal səylərini davam etdirəcək. Onun yekun məqsədi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.
 
Fələstin Azadlıq Təşkilatının siyasi platformasında, o cümlədən Rusiya diplomatiyasının vasitəçiliyi ilə Fələsin daxilində birliyin tezliklə bərpası vəzifəsi də əsaslı şəkildə nəzərdən keçirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.