
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masada iştirak edərkən deyib.
O bildirib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər vəsaitə ehtiyac duyulur.
Ukrayna lideri BVF və DB-nın dəstəyi ilə tez bir zamanda ölkənin bərpası və yenidən qurulmasına ümid etdiyini bildirib.
Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, bu il ölkənin ÜDM-i 30-50% azala bilər. Onun sözlərinə görə, ilkin təhlillər göstərir ki, müharibə nəticəsində birbaşa və dolayı itkilər 560 milyard dolları ötür.