
Senzor.az bildirir ki, bu barədə Baş katibin ofisi məlumat yayıb.
Qeyd olunub ki, Quterreş aprelin 28-də Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşəcək, ardınca isə Prezident Zelenski tərəfindən qəbul ediləcək. Bundan başqa, Quterreş ölkədə çalışan BMT əməkdaşları ilə də görüş keçirəcək.
Qeyd edək ki, Antonio Quterreş aprelin 26-da Rusiyaya səfər edəcək. Onun Prezident Vladimir Putin və XİN başçısı Sergey Lavrovla görüşləri olacaq.