Hindistan hakimiyyəti Çin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb, verilən vizalar isə etibarsız sayılacaq.
Bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Çin Xalq Respublikasının koronavirus pandemiyası səbəbindən bu ölkəni tərk etmiş 20 mindən çox hindli tələbənin ölkəyə girişinə icazə vermək istəməməsidir. Nəticədə rəsmi Yeni Dehli Çin vətəndaşlarına verilən turist vizalarını ləğv edib.
Qəzetin yazdığına görə Tailand, Pakistan və Şri-Lankadan olan tələbələrin Çinə qayıtması fonunda hindistanlı tələbələr bu icazəni gözləməkdə davam edirlər.
Nəşr bildirib ki, bununla belə, Hindistan çinlilərə diplomatik və iş vizaları verməyə davam edir.
Məlumatda o da vurğulanır ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar mart ayında Yeni Dehliyə səfəri zamanı çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı bu məsələni qaldırıb, lakin Pekin indiyədək cavab verməyib.