Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilib.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi xüsusi vurğulanmaqla regional proseslər müzakirə edilib.
BMT-nin rəhbəri Türkiyənin Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylərini dəstəklədiyini bildirib və sülh təşəbbüslərinə görə Ankaraya təşəkkür edib.
Prezident Ərdoğan da öz növbəsində bütün beynəlxalq ictimaiyyətin İstanbul danışıqları prosesinə dəstək verməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri qeyd edib ki, İstanbul prosesi hələ də Ukraynada müharibəni dayandırmaq və bu ölkə ətrafında böhrandan çıxmaq səylərində uğur qazanmağın ən etibarlı yoludur.
Türkiyə dövlətinin başçısı təkcə müharibə edən tərəfləri deyil, bütün dünyanı narahat edən böhranın həlli üçün ağlabatan və məqsədəuyğun diplomatik həll yolunun tapılacağına əminliyini ifadə edib.
Prezident Ərdoğan əmin edib ki, Türkiyə humanitar böhrana son qoymaq üçün BMT ilə sıx əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, Ankara Ukraynanın mülki əhalisinin təxliyəsini və regiona humanitar yardımın çatdırılmasını asanlaşdırmaq niyyətindədir, eyni zamanda Rusiya və Ukrayna arasında münaqişənin dayandırılması üçün səy göstərir.
Məlumatda o da bildirilir ki, Türkiyə Prezidenti ilə BMT-nin Baş katibi arasında danışıqlar Ankaradakı Prezident Kompleksində aparılıb və təxminən saat yarım davam edib.