20 ölkədən 443 Rusiya diplomatı çıxarılıb
UKRAYNAYA HÜCUMDAN SONRA
Rusiyanın Ukraynaya hücumundan sonra 20 ölkədən 443 rusiyalı diplomat öz vəzifəsini tərk edib.
 
Bu barədə “The Washington Post” yazıb.
 
Nəşrin məlumatına görə, Ukraynaya hücumuna və xaricdəki təxribat fəaliyyətinə görə Rusiyanı cəzalandırma strategiyasının bir hissəsi olaraq onlarla ölkə rusiyalı diplomatları və səfirlik rəsmilərini ərazilərindən çıxarıb.
 
Bəzi ölkələr Rusiya səfirliyinin rəsmilərini casusluqda ittiham edib. Digər ölkələr buna əsas kimi 1961-ci ilin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasını əsas gətiriblər. Bir qism ölkələr isə Rusiya hərbçilərinin Kiyev vilayətində törətdiyi qəddarlıqlara görə diplomatların ölkədən çıxarılmasını elan ediblər.
 
Ümumilikdə, nəşrin hesablamalarına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 20-yə yaxın ölkədən 400-dən çox rusiyalı diplomat öz vəzifələrini tərk etmək məcburiyyətində qalıb.
 
“Report” bildirir ki, siyahıda adı ən çox qeyd edilən ölkə ABŞ-dır. ABŞ beynəlxalq arenadakı əsas rəqibinə qarşı sanksiyalar da tətbiq edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.