
Senzor.az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində yayılan məlumata görə, döyüşlər nəticəsində Rusiyanın 22 100 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 918 ədəd tankı, 2 308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 643 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 205 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.