Ermənistanda son sutka ərzində daha 423 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 245 025 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 7 nəfər ölüb və pandemiyadan həyatını itirənlərin sayı 4 911-ə yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1164 nəfərdir.
Hazırda 9 837 pasiyent müalicə olunur.
Gürcüstanda isə son sutka ərzində koronavirusa 2 210 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına görə, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 564 837, ölənlərin sayı isə 7 806 nəfər təşkil edir.
İndiyədək 514 768 nəfər sağalıb.