BMT-nin Baş katibi Ukraynadadır - PUTİNLƏ UĞURSUZ GÖRÜŞDƏN SONRA
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün aprelin 27-də Moskvadan Kiyevə gəlib.
 
Senzor.az bildirir ki, bu barədə o, Twitter-də məlumat verib. Qeyd olunur ki, Quterreş Zelenski ilə mülki şəxslərin müharibə zonasından təhlükəsiz təxliyəsini müzakirə edəcək.
 
"Biz münaqişə zonalarından dinc əhalinin təxliyəsini təmin etmək üçün humanitar yardımın genişləndirilməsi istiqamətində işimizi davam etdiririk. Müharibə nə qədər tez bitsə Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır", - Quterreş yazıb.
 
UNİAN xatırladır ki, bir gün əvvəl, aprelin 26-da Quterreş Moskvada Putinə baş çəkib. Görüş artıq rus diktatoru üçün adi ənənə qaydasını almış formada - “uzun masa” arxasında keçirilib.
 
Görüşdən sonra BMT-nin baş katibi inandırmaq istəyirdi ki, guya Moskva insanların “Azovstal”dan təxliyəsinə beynəlxalq təşkilatları cəlb etməyə razılaşıb.
 
Amma çərşənbə günü, aprelin 27-də Kreml bunu təkzib etdi. Putinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə dedi ki, insanların “Azovstal”dan evakuasiyası üzrə Rusiya ilə BMT arasında konkret razılaşma  yoxdur. Quterreşlə Putin arasında keçirilən görüşdə belə razılaşma əldə olunmayıb.
 
Öz növbəsində Ukrayna dövlət başçısı Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatı Baş katibinin əvvəlcə Rusiyaya, sonra isə Ukraynaya səfərlərinin ardıcıllığını səhv hesab etdiyini bildirib. O, bu barədə hələ Kiyev metrosunda beynəlxalq mətbuata verdiyi mətbuat konfransında danışmışdı.
 
"Mən hesab edirəm ki, əvvəlcə Rusiyaya, sonra isə Ukraynaya getmək düzgün deyil. Bu, sadəcə olaraq yanlışdır. O (BMT-nin Baş katibi) nə ilə qayıdacaq: Rusiyadan bizə siqnallar çatdıracaq? Bu ardıcıllığa məntiq əlavə etmək lazımdır. Və məntiq çox sadədir. Əgər müharibəni bitirmək istəyirsənsə, nə baş verdiyini dəqiq bilməlisən. Gəlməlisən, baxıb görməlisən. Bəs o orada nə görəcək? Kutuzovski prospektində heç bir meyit yoxdur”, - deyə Zelenski hələ aprelin 23-də bildirmişdi.
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.