Rusiyada son sutka ərzində daha 18 645 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 7 012 599 nəfərə çatıb.
Ötən gün Rusiyada koronavirusdan həm də 793 nəfər ölüb və pandemiya qurbanlarının sayı 187 200 nəfər olub.
İndiyədək 6 270 731 xəstə sağalıb.