Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İclasda Əfqanıstandakı vəziyyət fonunda Mərkəzi Asiyada təhlükəsizlik məsələləri müzakirə edilib. İclası açan dövlət başçısı bunu belə izah edib: “Rusiyanın təhlükəsizliyinin təmin edilməsi baxımından, əlbəttə, Donbasda bizim insanlara yardım göstərilməsi, Ukraynada xüsusi hərbi əməliyyatla bağlı hadisələr diqqət mərkəzindədir: "Amma bizim elə digər məsələlər var ki, onlar da məhz ölkəmizin, o cümlədən cənub istiqamətində təhlükəsizliyinin təmin edilməsi baxımından böyük maraq doğurur. Ona görə də bu gün Əfqanıstanda və ümumiyyətlə, bu regionda, bu istiqamətdə baş verən hadisələrin müzakirəsi ilə məşğul olacağıq".
Qeyd edək ki, bu gün Əfqanıstanın Bəlx əyalətində iki partlayış baş verib, nəticədə 10 nəfər ölüb. Ötən həftə də bu ölkədə silsilə partlayışlar törədilib. Hadisələr zamanı 40 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.