Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) vətəndaşlara xəbərdarlıq edərək onları qanuna riayət etməyə çağırıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, müraciətdə qeyd olunur ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükələr mövcuddur.
"Ona görə də qurum mümkün təxribatlara uymamağa, yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, cəmiyyətdə ictimai çıxışlarda və ya bəyanatlarda zorakılığa çağırışlardan, nifrət, düşmənçiliyin yayılmasından çəkinməyə çağırır. Bu, ölkənin daxili təhlükəsizliyinin pozulması və ya başqa cinayət əməllərinin törədilməsi üçün real ilkin şərtlər yarada bilər", - məlumatda deyilir.
Həmçinin bildirilir ki, MTX vəziyyətə tam nəzarət edir və dövlət təhlükəsizliyinə qarşı cinayətlərin qarşısının alınması və açılması üçün ardıcıl mübarizə aparacaq. Qurum cəmiyyətin geniş təbəqələrini qanuna tabe olan davranış nümayiş etdirməyə, şəxsi və ya siyasi motivlərdən irəli gələn təxribatçı çağırışlara uymamağa çağırır.
Qeyd edək ki, artıq bir həftəyə yaxındır ki, İrəvanda etiraz aksiyaları keçirilir. Mayın 1-də saat 16:00-da Fransa meydanında isə müxalifətin ən böyük mitinqi keçirilməlidir.