Rusiya Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aleksandr Nevzorovu axtarışa verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nazirliyin məlumat bazasında onun cinayət maddəsi ilə axtarışa verildiyi qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə İstintaq Komitəsi A.Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da İnstaqram-da və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələrinin Mariupoldakı doğum evini atəşə tutması ilə bağlı qəsdən yalan məlumat yayıb. Bununla bağlı görüntülərin mənbələri isə Ukrayna mediası olub. İstintaq Komitəsi onu da xatırladıb ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi bu məlumatın yalan olduğunu rəsmən elan edib.