
Qvineyada hərbi qiyamçıların lideri polkovnik Mamadi Dumbuya ölkə Prezidenti Alfa Kondenin təhlükəsiz bir yerdə nəzarət altında olduğunu söyləyib.
Polkovnik Dumbuya “Fransa 24” telekanalına bildirib ki, Prezident artıq həkim tərəfindən müayinə olunub və narahatçılığa heç bir səbəb yoxdur: “Ordu hakimiyyətlə "oynamaq" və ya "zarafat etmək" niyyətində deyil və ölkəyə kömək etmək üçün keçmiş hökumətin səhvlərini düzəltmək istəyir”.

Yeri gəlmişkən, Alfa Konde ölkəyə 2010-cu ildən rəhbərlik edib. 2020-ci ilin noyabrında o, yenidən seçkidə qalib gəlsə də, ölkədə iğtişaşlar başlayıb.