
Bunu “Anadolu” agentliyinə Babil əyaləti Polis İdarəsinin rəisi deyib.
Məlumata görə, hadisə Babil əyalətinin İveysat bölgəsinin Ceref ən-Nasr nahiyəsində komandanın olduğu avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində Kerimlə yanaşı iki nəfər də yaralanıb. Hadisə baş verən Uveysat bölgəsi “Haşdi Şabi” silahlı birləşməsinin nəzarəti altındadır. Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.
“Report” xatırladır ki, bu silahlı birləşmə İran tərəfindən yaradılıb.