
Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən “Ukrinform” yayıb.
“Buna razı olmadıqda isə onlara qarşı repressiyalar tətbiq olunur. İşğal altındakı Sorokino şəhərində ukraynalılara “LPR”in pasportları paylanılmağa başlanılıb. İnsanlar evlərindən, əmlaklarından və pullarından məhrumdurlar. Ona görə də onlar razılaşmağa məcburdurlar”, - idarədən bildirilib.
Həmçinin qeyd olunub ki, pasportları qəbul etmək istəməyən insanlara hədə-qorxu gəlinir.