
Bu barədə o, “Tvitter” hesabında yazıb. Cill Bayden qeyd edib ki, son bir neçə ayda həddən artıq ukraynalı evlərini, yaxınlarını tərk etməli olub.
ABŞ-ın birinci xanımı, həmçinin nə üçün Rumıniya və Slovakiyadakı ukraynalı qaçqınlarla görüşlərlə məhdudlaşmadığını, təhlükəyə baxmayaraq, Ukraynaya getmək qərarına gəldiyini izah edib.
"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyaya nə qədər ilham verdiyini çatdıra və onlara tək olmadıqlarını xatırlada bilərəm", - Cill Bayden vurğulayıb.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib.
**17:42

Senzor.az Ukrayna mətbuatına istinadən bildirir ki, xanım Bayden Ukraynanın birinci xanımı Olena Zelenskaya ilə görüşub.
Onlar hərbi əməliyyatların davam etdiyi rayonlardan olan miqrantların məskunlaşdırdıqları məktəblərdən birinə baş çəkiblər.
Qeyd edək ki, Cil Baydenin səfəri öncədən elan olunmayaraq gizli saxlanılıb və mediaya qapalı keçib.
