İsveçin Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası
SƏBƏB?
İsveçin İrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyada tələbələr və şəhid ailələri iştirak ediblər.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları İranın məhkəmə sisteminin keçmiş əməkdaşı Həmid Nurinin İsveçdə həbs olunmasına etiraz ediblər.
 
İran mətbuatının verdiyi məlumata görə, İsveçdə səfərdə olan H.Nuri İslam inqilabından sonra Avropa dövlətlərinə mühacirət edən “Xalq mücahidləri” təşkilatının üzvlərinin şikayətinə əsasən həbs edilib. İsveç məhkəməsinin iranlı mühacirlərin şikayətini əsas götürərək H.Nuriyə cinayət işi açması İranda hökumət və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
 
İsveç səfirliyinin qarşısında etiraz edənlər bildiriblər ki, “Xalq mücahidləri” təşkilatı tərəfindən İranda törədilən terror aksiyalarında yüzlərlə günahsız insan şəhid olub. Belə bir təşkilatın şikayəti əsasında H.Nuriyə qarşı əsassız ittihamların irəli sürülməsi və onun həbs olunması yolverilməzdir.
 
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib ki, İsveşin hüquq-mühafizə orqanlarının H. Nuriyə qarşı irəli sürdükləri ittihamlar siyasi xarakter daşıyır və İrana təzyiq göstərməkdən başqa bir şey deyil.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.