Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan İranda uzun müddətli səfərdə olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb.
Qeyd edilir ki, Tumanyan martın 12-16-da Tehranda olacaq. O, “Iran Oil Show 2022” beynəlxalq neft, qaz, emal məhsulları və neft-kimya sərgisində iştirak edəcək.
Xatırladaq ki, Artaşes Tumanyan Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramı üzrə işçi qrupunun rəhbəridir. O, keçmişdə uzun illər Ermənistanın İrandakı səfiri vəzifəsində çalışıb.