
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə dövlətinin başçısı Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında deyib.
"Ümid edirəm ki, birlikdə atdığımız addımlarla 10 milyard dollarlıq hədəfə çatacağıq", - Türkiyə lideri bildirib.
Qasım-Jomart Tokayev öz növbəsində Türkiyənin Qazaxıstan üçün çox mühüm strateji tərəfdaş olduğunu vurğulayıb.
Tokayev Türkiyəyə səfəri zamanı tərəflərin 1 milyard dollar dəyərində ikitərəfli ticarət müqavilələri imzalayacağını da bildirib.
Qeyd edək ki, Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək və geniş tərkibdə aparılmış danışıqlar nəticəsində tərəflər arasında 15 əməkdaşlıq sazişi imzalanıb.
Sənədlər nəqliyyat, müdafiə sənayesi, hərbi kəşfiyyat, informasiya texnologiyaları, mədəniyyət, kənd təsərrüfatı, nəqliyyat, ticarət, gömrük nəzarəti, ekologiya, təhsil, gənclər siyasəti, rabitə və arxiv sahələrində əməkdaşlığı nəzərdə tutur.
**17:46

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdən əvvəl Bəştəpədə yerləşən Prezident iqamətgahında Qazaxıstan liderinin rəsmi qarşılanma mərasimi olub.
Türkiyə Prezidenti qazaxıstanlı həmkarını qarşılayıb.
Daha sonra R.T.Ərdoğanla Kasım-Jomart Tokayev arasında görüş başlayıb. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edirlər.
Təkbətək danışıqlardan sonra nümayəndə heyətləri arasında görüş olacaq.